Close

3 yaşlı oğlan su vannasında boğuldu

Balakəndə 3 yaşlı oğlan evin həyətində su vannasında boğulub.

TNS xəbər verir ki, hadisə rayonun Hənifə kəndində baş verib.

Belə ki, 2022 təvəllüdlü kənd sakini Rəvan Məmmədov yaşadığı evin həyətində su vannasına düşərək boğulub ölüb.