Ana və qızı dəm qazından zəhərləndi - Azyaşlı öldü - YENİLƏNİB

Martın 9-da saat 13:00 radələrində Şabran Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə 1991-ci il təvəllüdlü şəxs (qadın cinsli) və onun 2016-cı il təvəllüdlü övladının (qadın cinsli) dəm qazından zəhərlənməsi şübhəsi ilə bağlı çağırış edilib.
Bu barədə TNS-ə TƏBİB-dən bildirilib.
Təcili tibbi yardım briqadası hadisə yerində azyaşlının bioloji ölümünü qeydə alıb. Anaya isə yerində ilkin tibbi yardım göstərilib, vəziyyəti ağır olduğundan o, Şabran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya və İntensiv Terapiya şöbəsinə yerləşdirilib. Hazırda onun müalicəsi davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.
09:21
Şabranda iki nəfər dəm qazından zəhərlənib.
TNS APA-ya istinadla xəbər verir ki, 1991-ci il təvəllüdlü Günay Meylaverdiyeva və qızı 2016-cı il təvəllüdlü Gül Meylaverdi dəm qazından zəhərlənib. Hadisə nəticəsində Gül Meylaverdi ölüb.
Faktla bağlı araşdırma aparılır.