Sumqayıtda kişi meyiti tapıldı
21
22:40 - 03 Mart 2025

Sumqayıtda 50 yaşlı kişinin meyiti tapılıb.
TNS xəbər verir ki, hadisə şəhərin 2-ci mikrorayonu ərazisində qeydə alınıb.
Belə ki, 1975-ci il təvəllüdü Sahib Məmmədovun meyiti avtomobilində aşkarlanıb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.