"Müharibə vaxtı Azərbaycan Prezidentinə məktub yazmaq istəyirdim, Paşinyan imkan vermədi"

Müharibə vaxtı Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlamaq istəyirdim, lakin Ermənistan baş naziri Nikol Paşinyanın buna imkan vermədi.
TNS xəbər verir ki, bunu hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində Arayik Harutyunyan deyib.
O bildirib ki, 2020-ci il oktyabrn 18-i axşamçağı Bako Sahakyan və Arkadi Qukasyanla axırıncı görüşü olub:
"Nikol Paşinyana zəng elədim və dedim ki, mən Azərbaycan Prezidentinin adına müharibəni saxlamaqla bağlı məktub yazmağa hazıram, Bako və Arkadi də da lazım olsa buna qoşulacaqlar. Məktubun məğzi bundan ibarət idi ki, sadəcə müharibəni saxlayın. Paşinyana yazdığımız məktubun məzmunu isə belə idi ki, istənilən qaydada müharibəni salxayın və bildirin ki, bu, erməni sakinlərin istəyidir. Belə ki, Ermənistanda vahid bir fikir yox idi. Ona görə də mən dedim ki, bizə istinad edib müharibəni saxlamaq lazımdır. Biz sonra dırnaqarası günahkar olmağa da hazırıq, lakin insan həyatını qorumaq lazımdır. Paşinyan bir neçə görüş keçirtdi, müxalifətlə görüşdü, demək olar ki, hamıyla görüşdü. Oktyabrın 19-u gününün sonunda o mənə geridönüş zəngi elədi və dedi ki, müharibə davam edir. Detallara varmaq istəmirəm. Ən pisi o idi ki, müharibə davam edirdi”.