Close

Məşhur aktyor əməliyyatdan sonra iflic oldu - FOTO

Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev iflic olub.

TNS xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında aktyorun qızı Leyla Rəhimli məlumat verib.
 
O bildirib ki, atası fevralın 14-də "EGE Hospital"da spinal stenoz (bel kanalının daralması - red.) diaqnozu ilə əməliyyat olunub.

"Əməliyyatdan sonra atam hərəkət qabiliyyətini tamamilə itirib. Hazırda müalicəsi xəstəxanada davam etdirilir", - deyə, o qeyd edib.

37a3e6a76a6e371a8a1d3342e65ab61b_Untitled-1