Close

16:53
03 Mart 2025

Zəhərlənənlərin son vəziyyəti - RƏSMİ

Xəbər verdiyimiz kimi, bu gün gecə saatlarında Ağdamda zəhərlənmə hadisəsi baş verib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) TNS-ə zəhərlənən şəxslər barədə məlumat verilib.

Bildirilib ki, 03.03.2025-ci il tarixində saat 01:10 radələrində zəhərlənmə şübhəsilə 5-i böyük, 1-i uşaq olmaqla 6 nəfər (3 nəfər kişi, 3 nəfər qadın cinsli) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Onların hər birinə dəqiqləşdirilməmiş zəhərlənmə diaqnozu təyin edilib və zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.