Close

16:53
03 Mart 2025

Həmin 6 nəfər tortdan zəhərlənib?

"Altı nəfərin tortdan zəhərlənməsi ehtimalı ilə bağlı araşdırma aparılır".

Bu barədə TNS-ə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Agentlik bildirib ki, hadisənin qida zəhərlənməsi olub-olmaması araşdırılır:

"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.

Qeyd edək ki, Ağdamın Əfətli kəndində 6 nəfər tortdan zəhərlənib.