Ordubadda kütləvi zəhərlənmə, ölən var

Ordubadda dəm qazından kütləvi zəhərlənmə olub.
TNS xəbər verir ki, hadisə rayonunun Ağrı kəndində qeydə alınıb.
Belə ki, dəm qazının sızması nəticəsində 1935-ci il təvəllüdlü Bağırov Salman Əli oğlu, həyat yoldaşı 1943-cü il təvəllüdlü Bədəlova Mənzər Qasım qızı, gəlinləri 1961-ci il təvəllüdlü Zeynalova Qızbəsti Əliqulu qızı və qohumları 1955-ci il təvəllüdlü Fətəliyeva Rəmziyyə Əvəz qızı zəhərləniblər. Onlar Naxçıvan Muxtar Respublikası Yolxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.
Onlardan S.Bağırov xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq ölüb.
Faktla bağlı Ordubad Rayon Prokurorluğunda araşdırma aparılır.