Close

16:53
03 Mart 2025

Bakıya gətirilən yeni “Toyota”lar belə yandı - FOTO + VİDEO

Bakı-Quba ödənişli avtomobil yolunun 95-ci kilometrliyində yanğın olub.

TNS xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “Mercedes” markalı yük avtomobilinin qoşqusunda (qoşqu sürücü tərəfindən avtomobildən ayrılıb) olan 5 ədəd “Toyota” markalı minik avtomobili və qoşqunun yanar hissələri yanıb.

Qoşquda olan digər 3 avtomobil yanğından mühafizə olunub. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar hadisənin martın 1-də Bakı-Qazax yolunda da baş verdiyi bildirilir. Həmin hadisə vaxtı yük avtomobili tamamilə yanaraq sıradan çıxıb.