Close

16:53
03 Mart 2025

Xırdalandakı yanğında 45 nəfər təxliyə olundu - FOTOLAR + YENİLƏNİB

Hadisə ilə bağlı FHN yenidən məlumat yayıb.

Bildirilib ki, yanğın nəticəsində ümumi sahəsi 500 m² olan taxta konstruksiyalardan ibarət birmərtəbəli restoranın yanar konstruksiyaları və restorana bitişik ümumi sahəsi 860 m² olan birmərtəbəli fitnes klubun dam örtüyünün taxta atmaları 65 m² sahədə yanıb.

Fitnes klubun böyük hissəsi, əraziyə bitişik altımərtəbəli yaşayış binası və ümumi sahəsi 2400 m² olan müxtəlif təyinatlı obyektlər yanğından mühafizə edilib.

Təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasından ümumilikdə 45 nəfər sakin təxliyə olunub.

09:11

FHN gecə satlarında baş verən yanğınla bağlı məlumat yayıb.

TNS-ə verilən məlumata görə, “Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir”, - məlumatda qeyd olunub.

Qısa vaxtdan sonra baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb.

142fdb09-1629-4fc0-88d3-85c76848f493

2357b292-eae8-4b0b-aaf2-3bcf0a1e1398

7006502b-9289-4ddc-b97a-c4162be02be9

cb8993ec-618e-467b-a401-a747cc87a20f

cf333e5c-8e1e-4576-8d65-573de1027065