Close

Gənc oğlan hamamda ölü tapıldı

İsmayıllıda 18 yaşlı oğlan ölü tapılıb.

TNS APA-ya istinadla xəbər verir ki, hadisə İsmayıllı şəhərində qeydə alınıb.

Kirayədə yaşayan Ağdam rayon sakini, 2007-ci il təvəllüdlü Əliyev Rahib Elnur oğlu yaşadığı evin hamamında ölüb tapılıb.

Ölümün səbəbi hələlik bilinmir. Faktla bağlı araşdırma aparılır.