Close

Biləsuvar sakini güllələndi - YENİLƏNİB

Bu gün saat 12:45 radələrində Biləsuvar rayonu ərazisində 1983-cü il təvəllüdlü Elməddin Cəfərova ov silahı ilə xəsarət yetirilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan TNS-ə verilən xəbərə görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Raul Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Şübhəli şəxsdən müvafiq qeydiyyatı olan ov tüfəngi götürülüb.

Hadisə tərəflər arasında yaranan mübahisə zəminində baş verib.

Fakta görə rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.

14:48

Biləsuvar rayonunda güllənmə hadisəsi baş verib. 

TNS xəbər verir ki, hadisə rayonun Nizami küçəsində qeydə alınıb.

Həmkəndlisi rayon sakini, 1983-cü il təvəllüdlü Cəfərov Elməddin Əzizağa oğlunu güllələyib. 

Xəsarət alan yaralı rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.