Bakıda təcili yardım avtomobili qəza etdi - Xəstə də vardı - VİDEO
44
14:37 - 02 Mart 2025

Bakıda Neftçilər metrostansiyasının yaxınlığında təcili tibbi yardım avtomobili qəzaya uğrayıb.
TNS xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb.
Hadisə zamanı avtomobildə xəstə olduğu bildirilir. Qəza nəticəsində xəsarət alanların vəziyyəti və qəzanın səbəbləri barədə ətraflı məlumat hələlik açıqlanmayıb.
Faktla bağlı araşdırma aparılır.