Ağcabədidə də ev yandı, xəsarət alan var - VİDEO + YENİLƏNİB

Ağcabədidə baş verən yanğın zamanı 52 yaşlı ev sahibi yanıb.
TNS-in yerli müxbirinin xəbərinə görə, yanğın zamanı ev sahibi 1973-cü il təvəllüdlü Məmmədov Etibar Fikrət oğlu yanıq xəsarəti alaraq Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan TNS-ə verilən məlumata görə, rayon sakini E.Məmmədov xəstəxanaya daxil olarkən onda üz və yuxarı aşağı ətrafın termiki yanığı ikinci dərəcəli yanıq xəsarəti olub. Hazırda prosesə uyğun yatdım göstərilməsi davam etdilrilir.
11:59
Ağcabədi rayonunda vətəndaşa məxsus fərdi yaşayış evində yanğın baş verib.
TNS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağcabədi Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus birmərtəbəli, beş otaqdan ibarət fərdi yaşayış evində baş verdiyi müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Nəticədə ümumi sahəsi 252 kvadratmetr olan kürsülü beşotaqlı evin 2 otağının və mətbəxin yanar konstruksiyaları 76 kvadratmetr sahədə yanıb, 1 nəfər xəsarət alıb.
Evin böyük hissəsi yanğından mühafizə olunub.