Arvadına ölümcül işgəncə verdi – Gəncədəki dəhşətli hadisənin təfərrüatları - FOTO

Gəncədə 34 yaşlı qadın ölümcül döyülüb, ağır işgəncələrə məruz qalıb.
TNS-in yerli müxbiri xəbər verir ki, iki uşaq anası olan Abdıyeva Humay Gəray qızına həyat yoldaşı Abdıyev Elxan Vaqif oğlu tərəfindən zorakılıq edildiyi bildirilir.
Məlumata görə, fevralın 28-də gecə saatlarında E. Abdıyev balta və tikinti üçün istifadə edilən dəmir parçası ilə qadının bədəninin müxtəlif yerlərinə xəsarət yetirib. O, 5 saata həyat yoldaşını amansız şəkildə döyüb, dəmir parçası, balta ilə başına və bədəninə vurub. Daha sonra başını divara çırpıb.
E. Abdıyev qadından sonra iki azyaşlı uşağını da (12 yaşlı oğlan, 7 yaşlı qız) öldürəcəyini bildirib. Ağır zərbə və işgəncədən huşunu itirən qadını köməksiz vəziyyətdə qoyaraq yatıb.
H. Abdıyeva telefonla yaxınlarına zəng edərək, kömək istəyib. Qohumları hadisə yerinə polislə gedib.
Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda müalicə olunur. Amma vəziyyəti kritikdir.
E. Abdıyev isə saxlanılıb, barəsində cinayət işi başlanılıb.
DİN-in mətbuat xidmətinin Gəncə regional şöbəsindən məlumatı TNS-ə təsdiqləyiblər.