Jurnalist Fatimə Mövlamlı həbs edildi
31
14:50 - 01 Mart 2025

Jurnalist Fatimə Mövlamlı həbs edilib.
TNS xəbər verir ki, Xətai Rayon Məhkəməsinin hakimi Sahibə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının verdiyi təqdimata baxılıb.
Təqdimat təmin olunub, Fatimə Mövlamlı barəsində 1ay 9 gün müddətində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, F. Mövlamlı ötən gün “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb.