Close

Ağdamda maşınla vurulan piyada öldü

Ötən gün Ağdamda yolu keçmək istəyərkən avtomobillə vurulan 63 yaşlı kişi ölüb.

TNS-in yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Xındırıstan qəsəbəsi ərazisində baş verib.

Qəsəbə sakini, 1962-ci il təvəllüdlü Həsənov Ələmdar Hamid oğlu yolu keçmək istəyərkən 2004 təvəllüdlü Elcan Şirəliyevin idarə etdiyi "Prado" markalı avtomobil onu vurub. Yaralı Ə.Həsənov Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Piyada aldığı xəsarətlərdən xəstəxanada keçinib.

Ziya Əmirxanlı