Close

Buzlu yollarda yıxılan 41 nəfər xəsarət aldı

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 41 nəfər müraciət edib.

Bu barədə TNS-ə nazirlikdən məlumat verilib.

Xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub.

2 nəfər əməliyyat üçün stasionara qəbul edilib.