Close

12:00
01 Mart 2025

Oğuzda narkotik alverçiləri saxlanıldı - FOTO

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib.

DİN-in Mətuat Xidmətinin Şəki regional qrupundan TNS-ə verilən məlumata görə, tədbirlərlə narkotiklərin satışı ilə məşğul olan, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 48 yaşlı Zaman Mabudov və 41 yaşlı Samir Mustafayev saxlanılıb.

Onlardan narkotik vasitə marixuana aşkar olunub. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyatlar nəticəsində isə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 7 nəfər tutularaq istintaqa təhvil verilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

67c29b431b15b67c29b431b15c174080697967c29b431b15967c29b431b15a

67c29b43272de67c29b43272df174080697967c29b43272dc67c29b43272dd