Ağcabədidəki dəhşətli qəzada ölənlərin sayı artdı

Ağcabədi rayonunda baş verən dəhşətli yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı artıb.
TNS-in yerli müxbiri xəbər verir ki, hadisə nəticəsində 6 nəfər ölüb. Məlum olub ki, hadisə zamanı "KIA" markalı avtomobilin sürücüsü, 1992-ci il təvəllüdlü Fəxri Rzayev də həlak olub.
Qeyd edə ki, hadisə zamanı 5 nəfər xəsarət alıb. Xəsarət alanlar aşağıdakılardır:
Goranboy rayonu Nadirkənd kənd sakini, 19.11.1992 – ci il təvəllüdlü Nəsirov Xəyal Asif oğlu
Yevlax rayon Aşagı Qaraxanli kənd sakini, 11.10.1992 – ci il təvəllüdlü Yusifli Tural İdris oğlu
Bərdə rayon Şatırlı kənd sakini, 18.05.1996 – cı il təvəllüdlü Umudzadə Akşin Elsevər oğlu
Ağdaş rayon sakini, 2000 – ci il təvəllüdlü Nurlan Qurbanov
Goranboy sakini, 2000 – ci il təvəllüdlü Əli Alişanov.
Qeyd edək ki, ötən gecə rayonda zəncirvari yol qəzası baş verib.
Ziya Əmirxanlı