Close

12:00
01 Mart 2025

Şirvanda avtomat aşkarlandı

Şirvanda avtomat tapılıb.

Bu barədə TNS Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı 1 ədəd avtomat aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.