Close

12:00
01 Mart 2025

17 yaşlı oğlan dəm qazından boğularaq öldü

Sumqayıtda 17 yaşlı oğlan dəm qazından boğularaq ölüb.

TNS xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsində qeydə alınıb.

2008-ci il təvəllüdlü Əli Eldar oğlu Məmmədov dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.