Close

63 yaşlı kişini avtomobil vurdu

Ağdamda yolu keçmək istəyən 63 yaşlı kişini avtomobil vurub.

TNS-in yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Xındırıstan qəsəbəsi ərazisində baş verib.

Qəsəbə sakini, 1962-ci il təvəllüdlü Həsənov Ələmdar Hamid oğlu yolu keçmək istəyərkən 2004 təvəllüdlü Elcan Şirəliyevin idarə etdiyi "Prado" markalı avtomobil onu vurub. Yaralı Ə.Həsənov Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. 

Ələmdar Həsənovu təcili tibbi yardım avtomobili ilə Bərdə Diaqnostika Mərkəzinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı