Close

Ağcabədidə dəhşətli qəza - 5 nəfər öldü - YENİLƏNİB - FOTO - VİDEO

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (kişi cinsli) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

TƏBİB-dən TNS-ə bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Onlardan 1992-ci il təvəllüdlü şəxs qarın boşluğunun küt travması diaqnozu ilə tibb müəssisəsinin əməliyyat blokuna yerləşdirilib.

Digər 4 nəfər isə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Qeyd edək ki, hadisə nəticəsində 5 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

21:10

Ağcabədidə yol qəzasında ölən və yaralananların bəzilərinin kimliyi müəyyənləşib.

TNS-in yerli müxbiri xəbər verir ki, ölənlərdən 4 nəfər Ağcabədi rayonunun Boyad kənd sakinləridir.

Hüsüyev Vüsal Məmməd (1991), Əmrahov Sənan Aqil (1995), Aslanov Azər Fəyyaz (1992), Ələsgərov Asiman Yaşar (2007), Aslanlı Elbəy Mövsüm (2002), qəza nəticəsində ölüb, Ümidzadə Aqşin Elsəvər oğlu (1996), Nəsirov Xəyal Asif oğlu (1992), Yusifov Tural İdris oğlu (1992) isə yaralanıb.

20:55

Ağcabədidə baş verən dəhşətli yol qəzasında ölən və yaralananların sayı məlum olub.

TNS-in yerli müxbirinin məlumatına görə, hadisə nəticəsində 5 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya çatdırıldı.

20:00

Ağcabədidə baş verən zəncirvari qəzada 5 nəfər ölüb.

TNS-in yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Xocavənd kəndi ərazisində qeydə alınıb.

"Mercedes" "KİA" və "VAZ" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ"ın sürücüsü və 4 sərnişin hadisə yerində ölüb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

e635e5f3-1088-4eea-ad0b-ee731051bdf0 c65bfe96-6664-4d2a-8727-0b3125c6d713 8f74aa42-7583-4060-b843-fa902445b719 8766ee17-7cb4-4b7c-b3ef-9e03e3765226 5d3b325e-4dbe-4024-aced-5e951476d13b

Ziya Əmirxanlı