Close

Evdə partlayış oldu: xəsarət alan var

Hacıqabul rayonunda evdə baş verən partlayış nəticəsində bir nəfər yanıq xəsarətləri alıb.

TNS-in məlumatına görə, hadisə Hacıqabul şəhəri İsmət Qayıbov küçəsində qeydə alınıb.

İlkin məlumata görə, 1980-ci il təvəllüdlü Bədəlov İlqar Arif oğlu evdə iş görərkən partlayış olub.

Hadisə zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri alan İ.Bədəlov Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.