Hərbçimiz vəfat etdi
176
13:55 - 24 Fevral 2025

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.
TNS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Məcidov Maqbet Xətai oğlunun ölümünə səbəb ildırım sürətli vaskulit ilkin diaqnozudur.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!