Close

17:32
24 Fevral 2025
16:43
24 Fevral 2025

Yevlaxda 84 yaşlı qadın meyiti tapıldı

Yevlaxda 84 yaşlı qadının meyiti tapılıb.

TNS-in yerli müxbirinin xəbərinə görə, meyit köhnə internat məktəbinin binasında aşkar edilib.

Mərhumun Yevlax rayon sakini 1941-ci il təvəllüdlü Quliyeva Narınc Hüseyn qızı olduğu müəyyənləşib. İlkin müayinə zamanı onun infarkt keçirməsi nəticəsində öldüyü bildirilib.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.

Ziya Əmirxanlı