Qarlı hava 8 nəfəri əməliyyatlıq etdi
8
12:02 - 24 Fevral 2025

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 23 fevral tarixindən bu saata qədər 111 nəfər müraciət edib.
Bu barədə TNS-ə nazirlikdən məlumat daxil olub.
Bildirilib ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub. 8 nəfər əməliyyat üçün stasionara qəbul edilib.