Bakı-Sumqayıt yolunda avtomobil yandı - VİDEO
11
21:20 - 23 Fevral 2025

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Sumqayıt şossesinin Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən keçən hissəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
TNS xəbər verir ki, “BMW” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində minik avtomobilinin idarəetmə lövhəsi yanıb.
Avtomobilin böyük hissəsi yanğından mühafizə olunub.