Close

Beyləqanda 6 otaqlı ev yandı

Beyləqan rayonunun Birinci Şahsevən kəndində ümumi sahəsi 160 m² (hər mərtəbəsi 80 m²) olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən TNS-ə verilən xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.