Ağsuda "Land Rover" markalı minik avtomobili dərəyə aşdı
16
11:02 - 23 Fevral 2025

Ağsu rayonunda "Land Rover" markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşıb.
Fövqəladə Hallar Nazirliyindən TNS-ə verilən xəbərə görə, Ağsu rayonunda "Land Rover" markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.