Bərdədə yasda kütləvi zəhərlənmə qeydə alındı - YENİLƏNİB

Bərdədə yas mərasimində zəhərlənənlərin vəziyyəti açıqlanıb.
"23.02.2025-ci il tarixində saat 01:10 radələrində dəm qazından zəhərlənmə səbəbilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 15 nəfər (11-i qadın cinsli, 4-ü kişi cinsli olmaqla) hospitalizasiya olunub".
TNS xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
"Onların hər birinə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş olan 14 nəfər ambulator müalicə üçün evə buraxılıb, 1 nəfərin (qadın cinsli) müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabildir".
10:50
Bərdənin Həsənqaya kəndində kütləvi zəhərlənmə halı qeydə alınıb.
TNS xəbər verir ki, zəhərlənənlərin siyahısı aşağıdakı kimidir:
Qasımov Raul Səbuhi oğlu (2018-ci il təvəllüd)
Qasımova Şəlalə Sultan qızı (1960-cı il təvəllüd)
Hüseyinova Məhbubə Fəqan qızı (1993-cü il təvəllüd)
Hüseyinova Gülnaz Nəzər qızı (1965-ci təvəllüd)
Cabbarov Elcan Şamo oğlu (2010- ci təvəllüd)
Hüseyinova Əsmər Əfqan qızı (1986-cı təvəllüd)
Qasımova Samirə Qabil qızı (1989-cu təvəllüd)
Hüseyinova Nəzakət Tapdıq qızı (1978-ci təvəllüd)
Qəmbərova Yasəmən Ədalət qızı (1987-ci təvəllüd)
10:35
Bərdədə 15 nəfər dəm qazından zəhərlənib.
TNS-in yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Həsənqaya kəndində baş verib.
Kənddə keçirilən yas mərasimində iştirak edən şəxslərin 15 nəfərindən halsızlıq və qusma diaqnozu ilə bir qismi şəxsi avtomobil ilə digərləri təcili yardım avtomobili ilə Bərdə Diaqnostika mərkəzinə çatdırılıb.
Xəstəxanadan TNS-ə verilən məlumata görə, zəhərlənmə diqanozu ilə xəstəxanaya daxil olan 15 nəfərdən bir nəfəri Hüseynova Əsmər Əfqan qızının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Digər xəstələrə lazimi ilkin köməklik göstərilib vəzyətləri stabilləşib həyatı təhlükəsi yoxdur.
Faktla bağlı araşdırma aparılır.