Bərdədə ağır qəza olub - Ölən və yaralananlar var

Bərdədə qəza zamanı sürücü ölüb, sərnişinlər ağır xəsarət alıb.
TNS-in yerli müxbiri xəbər verir ki, hadisə rayonun Cəyirli kəndində baş verib. Rayon sakini, 2003-cü il təvəllüdlü İsgəndərov Binnət Taleh oğlunun idarə etdiyi "Lada Priora" markalı avtomobil yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü B.İsgəndərov hadisə yerində ölüb, sərnişinlər - 1999-cu il təvəllüdlü İsgəndərov Davud Taleh oğlu və Allahverdiyev Elmir Nəcəf oğlu ağır xəsarət alaraq Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Davud və Binmət qardaşdırlar. Onlar Bərdədəki məşhur çoxuşaqlı ailənin üzvləridir.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı