Close

Gənc şair Həsən Kür intihara cəhd edib

Gənc şair Həsən Kür intihara cəhd edib.

TNS Lent.az-a istinadla xəbər verir ki, hadisə bu gün Sabunçu rayonunda yerləşən "Sevinc Mall" ticarət mərkəzində qeydə alınıb.

O, özünü ticarət mərkəzinin 3-cü mərtəbəsindən atıb.

Gənc şair ağır vəziyyətdə Sabunçu xəstəxanasına çatdırılıb. O, reanimasiyaya yerləşdirilib.

İlkin məlumata görə, Həsən Kür maddi problemlərə görə özünü öldürmək istəyib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.