Qəzada ölən gənc tələbə imiş - FOTO
192
13:42 - 22 Fevral 2025

Xəbər verdiyimiz kimi, ötən gün Bakı-Qazax magistral yolunun Goranboy rayonunun Borsunlu kəndindən keçən hissəsində hərəkətdə olan "Mercedes" markalı təcili tibbi yardım avtomobili yolu keçmək istəyən 2004-cü il təvəllüdlü Cahangir Orucovu vuraraq öldürüb.
TNS xəbər verir ki, Modern.az-ın məlumatına görə, Cahangir Orucov Azərbaycan Dövlət Aqrar Universitetinin IV kurs tələbəsidir.
Faktla bağlı araşdırma aparılır.