Oğul 84 yaşlı atasını balta ilə vurdu - YENİLƏNİB

Samuxda oğulun atasınına balta ilə xəsarət yetirməsi ilə bağlı rayon Polis Şöbəsində araşdırma başlanıb.
Bu barədə TNS-ə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eqşin Qasımov bildirib.
Qeyd olunub ki, müvafiq ekspertiza təyin edilib, ekspertizanın rəyindən və araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək.
10:31
Samuxda oğul atasına balta ilə xəsarət yetirib.
TNS APA-ya istinadla xəbər verir ki, hadisə rayonun İnstitut qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini 1978-ci il təvəllüdlü Ş.Zeynalov yaşadığı evdə atası 1941-ci il təvəllüldü A. Zeynalovun müxtəlif nahiyələrinə balta ilə xəsarət yetirib.
Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.
Ş. Zeynalovun ruhi xəstə kimi qeydiyyatda olduğu, hadisədən sonra Gəncə şəhər Psixiatriya Xəstəxanasına yerləşdirildiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.