Close

19:39
22 Fevral 2025
19:23
22 Fevral 2025

Ağsuda yeniyetməni bıçaqlayanlar tutuldu

Fevralın 21-i saat 22 radələrində Ağsu şəhərində bıçaqlanma hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətindən TNS-ə bildirilib ki, münaqişə zəminində şəhər sakini 2009-cu il təvəllüdlü M. Əliyevin qol və qarın nahiyəsinə bıçaqla xəsarət yetirilib.

Əməli törətməkdə şübhəli bilinən Rüfət İbrahimov və bir yeniyetmə saxlanılıb.

Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.