Close

Keçmiş döyüşçü minaya düşdü - YENİLƏNİB - FOTO

Minaya düşən keçmiş döyüşçü, N.İmanovun sağ ayağı topuqdan aşağı ambutasiya olunub.

Xəstəxanadan TNS-ə bildirilib ki, onun həyatına təhlükə yoxdur.

Faktla bağlı araşdırma davam etdirilir.

21:20

İşğaldan azad edilmiş Xocalı rayonunun Ulubaba kəndi ərazisində 2025-ci il 21 fevral tarixində mina hadisəsi baş verib.

TNS xəbər verir ki, bu haqda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.

Ağdam rayon sakini 1963-cü il təvəllüdlü İmanov Nağı Novruz oğlu minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.

Hadisə nəticəsində İmanov Nağı ayağından xəsarət alıb.

Faktla bağlı Xocalı rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

20:26

Minaya düşən Ağdam sakini ərazidə çıxarılıb.

TNS xəbər verir ki, Ağdam Təcili Tibbi yardım əməkdaşları N.İmanovu Bərdə Diaqnostika Mərkəzinə aparır.

Faktla bağlı araşdırma aparılır

18:43

Ağdam sakini minaya düşüb.

TNS-in yerli müxbirinin xəbərinə görə, hadisə Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində baş verib.

Sırxavənd kənd sakini, 1964-cü il təvəllüdlü Nağı İmanov kənd ərazisində minaya düşüb. Hadisə yerinə təcili tibbi yardım çağrılıb.

Hazırda N.İmanovun ərazidən çıxarılması prosesi həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, İmanov Nağı keçmiş döyüşçü olub və Azərbaycan Bayrağı Ordeni ilə təltif olunub.

80e8cffa-d551-422d-abfb-bb6dfebd8cee

c642f4f9-2408-420c-a2d3-952e6eed38b1

65cfe135-ea1c-4021-8c23-ffd254a12061 72117b4b-1f69-448e-a3fc-5fe07c80ec7f

Ziya Əmirxanlı