Close

Qaz balonu partladı: xəsarət alanlar var

Gəncə şəhərində qaz balonu partlayıb, iki qardaş xəsarət alıb.

TNS-in məlumatına görə, şəhərin Məhsəti qəsəbəsindəki fərdi evdə qaz balonunun partlaması nəticəsində 1958-ci il təvəllüdlü Rüstəm Abbasov və onun qardaşı, 1960-cı il təvəllüdlü Qasım Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.