Yevlaxda üç maşın toqquşdu - FOTO
13
16:56 - 21 Fevral 2025

Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib.
TNS-in yerli müxbiri xəbər verir ki, rayonun Tanrıqulular kəndi ərazisində 3 maşın toqquşub. Hərəkətdə olan "Hyundai" markalı avtomobil qarşıdan gələn "Niva" markalı avtomobilə, həmiş maşın isə "Mercedes" markalı yük maşınına çırpılıb.
Nəticədə "Niva" nın sürücüsü müxtəlif xəsarətlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı