Avtomobil kanala düşdü - 2 nəfər boğularaq öldü
30
09:44 - 21 Fevral 2025

Dünən saat 17 radələrində Kürdəmir rayonu Şilyan kəndi ərazisində ağır yol qəzası baş verib.
TNS “Qafqazinfo”ya istinadla xəbər verir ki, rayonun Xırdapay kənd sakini 1967-ci il təvəllüdlü Hacıyev Elşən Hacıbaba oğlunun idarə etdiyi “Mitsubishi L200” markalı avtomobil sürüşərək əkin sahəsinin içərisində olan su kanalına aşıb.
Nəticədə Elşən Hacıyev və avtomobildə olan sərnişin 1977-ci il təvəllüdlü Cabir Əhmədov kanalda boğularaq ölüb.
Faktla bağlı Kürdəmir RPŞ-də CM-nin 263.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.