Close

22:20
21 Fevral 2025
21:30
21 Fevral 2025

Bakıda daha bir qəza, piyada öldü

Bakıda marşrut avtobusu piyadanı vuraraq öldürüb.

TNS xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib.

1961-ci il təvəllüdlü İlqar Müseyib oğlu Əliyev idarə etdiyi “Daewoo” markalı 76 saylı marşrut avtobusu ilə Suraxanı rayonu, Bülbülə qəsəbəsi Səttar Bəhlulzadə küçəsində hərəkətdə olan zaman yolu keçmək istəyən piyada, 1973-cü il təvəllüdlü Zahid Qədim oğlu Xibabayevi vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.