Bakıda mebel sexi yanıb
10
09:28 - 21 Fevral 2025

Bakıda mebel sexi yanıb.
Bu barədə TNS-ə FHN-dən məlumat verilib.
Bildirilib ki, Nərimanov rayonunda ümumi sahəsi 220 m² olan sexin yanar konstruksiyaları 120 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.