Tərtərdə binada yanğın oldu
7
18:00 - 20 Fevral 2025

Tərtər şəhərində yanğın olub.
FHN-in Mətbuat xidmətindən TNS-ə verilən məlumata görə, şəhərdə ikimərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 88 m² olan 5 otaqlı mənzilin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.