Close

21:30
21 Fevral 2025

Nazirlik su anbarında batan şəxslərlə bağlı məlumat yaydı - YENİLƏNİB

Mingəçevir su anbarının Samux rayonunun Qaraağaclı kəndi ərazisinə düşən hissəsində batan şəxslərin axtarışları davam edir.

TNS-in məlumatına görə, axtarışlara FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri və polis əməkdaşları cəlb olunub.

Kürdə batan şəxslərin yaxınları meyitlərin sudan tapılması üçün aidiyyəti qurumlardan köməklik istəyib.

Bildirilib ki, hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür, bu isə axtarışlara çətinliklər yaradır.

09:34

Xəbər verdiyimiz kimi, ötən gün Kür çayının Samuxdan keçən hissəsində iki nəfər batıb. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

TNS xəbər verir ki, qeyd edilib ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri axtarış işlərinə cəlb olunub.

Hazırda vətəndaşlar - 1999-cu il təvəllüdlü İsmayılov Müşviq Rəhim oğlu və 2003-cü il təvəllüdlü Şubliyev İsmayıl Xaliq oğlunun axtarış-xilasetmə tədbirləri davam etdirilir.