Azərbaycanda güclü zəlzələ oldu
617
15:29 - 19 Fevral 2025

İsmayıllı rayonunda 3,6 maqnitudada zəlzələ olub.
TNS xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Məlumata görə, təkan yerli vaxtla saat 15:11-də qeydə alınıb. Episentri 4 bala qədər hiss olunan zəlzələnin dərinliyi 9 km olub.