Close

21:20
20 Fevral 2025

5 yaşlı qız dərmandan zəhərlənərək öldü

Beyləqanda 5 yaşlı uşaq dərmandan zəhərlənərək ölüb.

TNS-in yerli müxbirinin xəbərinə görə, hadisə Beyləqanda baş verib.

Belə ki, 2020-ci il təvəllüdlü Tahirli Dəniz Elman qızı nəzarətsiz olduğundan anasına məxsus şəkər və təzyiq dərmanlarını udub. Ailəsi D. Tahirlini Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma başlanıb.

Ziya Əmirxanlı