Əməliyyat zamanı canlı yayım açan həkim nazirliyə çağırıldı

Xəbər verildiyi kimi, bir neçə gün əvvəl "National Prime Hospital"da fəaliyyət göstərən ümumi cərrah Ruslan Ağayevin əməliyyat zamanı TikTok sosial şəbəkəsində canlı yayım açdığına dair xəbər yayımlanmışdı.
TNS xəbər verir ki, Səhiyyə Nazirliyindən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, cərrah Ruslan Ağayev nazirliyə dəvət olunub:
"Nazirliyin müvafiq şöbəsinin əməkdaşları tərəfindən onunla söhbət aparılıb. Səhiyyə Nazirliyinin 137 nömrəli əmri - “Həkimin Etik Davranış Qaydaları”nın müvafiq bəndlərinin tələblərinə riayət olunmasının vacibliyi ilə bağlı ona xəbərdarlıq edilib", - deyə məlumatda qeyd olunub.