Füzulidə avtomobil traktorla toqquşdu, 2 yaşlı uşaq öldü - FOTOLAR

Füzulidə traktor minik avtomobili ilə toqquşub.
TNS-in yerli müxbirinin xəbərinə görə, hadisə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Füzuli rayonu, Alıxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
1997-ci il təvəllüdlü Məmmədov Xəyyam İlham oğlu idarə etdiyi “Mercedes Benz” markalı avtomobili ilə 1997-ci il təvəllüdlü Məhərrəmov Əmrah İbrahim oğlunun “Belarus 892” markalı traktorla toqquşub.
Hadisə nəticəsində Xəyyam Məmmədovun avtomobilində olan oğlu 2023-cü il təvəllüdlü Rəşad Məmmədov aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanılıb və istintaq aparılır.