Close

21:20
20 Fevral 2025

"Azərsu" ASC-nin ölkədən qaçan sabiq əməkdaşına hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Vüsal Mürşüdlünün cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

TNS-in məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə V. Mürşüdlü 7 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Vüsal Mürşüdlü daha əvvəl xeyli müddət “Azərsu” ASC-də çalışıb. O, daha sonra tikinti işləri ilə məşğul olub və bir neçə nəfərdən tikinti məqsədilə xeyli pul alıb vədinə əməl etməmə ittihamı ilə barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə iş açılıb. İstintaq müddətində V. Mürşüdlü ölkəni tərk edib.

Onu barəsində İnterpol vasitəsilə axtarış elan olunub. Keçirilən əməliyyat tədbirləri ilə V. Mürşüdlü Gürcüstanda tutularaq Azərbaycana ekstradisiya edilib.